- Ünvan: Bakı şəhəri. Səməd Vurğun 58a
- E-poçt: me@cabiraliyev.com
Şirkətlərin təsis edilməsi və yenidən təşkili, korporativ idarəetmə, birləşmə və satınalma əməliyyatları (M&A), hüquqi yoxlama (legal due diligence), habelə yerli və beynəlxalq korporativ əməliyyatlar üzrə hüquqi məsləhət və dəstək.
Ətraflı →Müqavilə və əqdlərin hazırlanması və hüquqi ekspertizası, həmçinin yerli və xarici elementli müqavilələr üzrə hüquqi dəstək, müqavilə pozuntuları, zərərin əvəzinin ödənilməsi tələbləri, habelə delikt və digər müqavilədənkənar öhdəliklər üzrə hüquqi məsləhət və hüquqi dəstək.
Ətraflı →Yerli və beynəlxalq tikinti layihələri üzrə hüquqi məsləhət və kompleks hüquqi dəstək: FIDIC əsaslı müqavilələrin hazırlanması və hüquqi ekspertizası, beynəlxalq layihə razılaşmaları, müqavilə risklərinin qiymətləndirilməsi, iddiaların hazırlanması və idarə edilməsi, habelə mübahisələrin həlli.
Ətraflı →Azərbaycanın və Avropa İttifaqının (Aİ) fərdi məlumatların qorunması qanunvericiliyi üzrə hüquqi dəstək. Aİ-də fəaliyyət göstərən, Aİ-dəki şəxslərə xidmət və ya məhsul təklif edən, eləcə də Aİ tərəfdaşları ilə əməkdaşlıq edən biznes subyektləri üçün GDPR tələblərinə uyğunluğun təmin edilməsi, məxfilik siyasətlərinin və digər hüquqi sənədlərin hazırlanması, habelə transsərhəd məlumat ötürülməsinin hüquqi tənzimlənməsi.
Ətraflı →Əmtəə nişanlarının qeydiyyatı, əqli mülkiyyət hüquqlarının qorunması və lisenziyalaşdırılması, habelə əmtəə nişanları, müəlliflik hüququ və əlaqəli hüquqlar, lisenziya müqavilələri, hüquq pozuntuları və icazəsiz istifadə ilə bağlı mübahisələrin həlli üzrə hüquqi dəstək.
Ətraflı →Dövlət satınalmalarında iştirak edən tərəflərə hüquqi dəstək: tender sənədlərinin təhlili və təkliflərin hazırlanması, satınalma prosedurlarına uyğunluq, dövlət satınalması müqavilələri, habelə satınalma qərarlarından inzibati şikayətlər və mübahisələr.
Ətraflı →İşiniz barədə qısa məlumat verin, sizinlə əlaqə saxlayaq.
İşinizlə birbaşa səlahiyyətli vəkil məşğul olur. Bu yanaşma hüquqi problemlərin daha dəqiq anlaşılmasına, operativ kommunikasiyaya və peşəkar hüquqi dəstəyə imkan verir.
Tikinti və digər kommersiya layihələrində praktiki təcrübəmiz müqavilələr üzrə verdiyimiz hüquqi məsləhətlərin müştərilərin biznes maraqlarına və layihələrin icra proseslərinə uyğun olmasını təmin edir.
Hüquqi məsləhət və zəruri sənədləşməni Azərbaycan dili ilə yanaşı türk və ingilis dillərində çevik və peşəkar səviyyədə təqdim edirik — tərcümə üçün əlavə vaxt və xərc tələbi olmadan.
Fərdi məlumatların qorunması ilə əlaqədar həm Azərbaycan Respublikasının, həm də Avropa İttifaqının (GDPR) müvafiq qanunvericilik tələblərinə uyğun olaraq zəruri olan tədbirlər barədə ətraflı hüquqi dəstək göstəririk.
Komandamızın hüquqi qeydləri və son yazıları.
Ali Məhkəmə başlanğıcdakı icra mümkünsüzlüyünü əqdin etibarsızlıq əsası kimi qəbul edərkən Mülki Məcəllə ilə uzlaşmayan Türk hüququ yanaşmasına əsaslanıb. Bu yanaşma nə …
ƏtraflıFərdi şikayət üzrə səlahiyyətləri qanunla məhdudlaşdırıldıqdan sonra Konstitusiya Məhkəməsi bu məhdudiyyəti necə yan keçir və bu yanaşma hansı riskləri yaradır?
ƏtraflıTəsisçi və İdarəedici Tərəfdaş